Şeir 4
Aramızda məsafələr önəmsiz
Yarın hər an sənli xəyallar qurar
Mən səni sən məni sevənnən sora
Söylə bizim qarşımızda kim durar ?
Susma danış qoy eşidim səsini
Səsin şəfadı dərdimə ağrıma
Tükənmişdi eşqə olan inamım
Nə yaxşı sən çıxdın mənim qarşıma
Gözlərinnən çəkəmmirəm gözümü
Salıbdılar sanki məni tilsimə
Yoxsa ki bu məncə adi hal deyil
Səni görürəm baxıramsa hər kimə
Üzün ay parçası Gözlərin gecə
Sözün şeirlərin ən mükəmməli
Səni sevdiyimi soruşma mənnən
Sənnən başqasın sevən dəlidir dəli
Fərid Fateh
0 yorum:
Yorum Gönder