FERID FATEH

1 Şubat 2018 Perşembe

Şeir 1



Ötən gün bir rəsmin çıxdı qarşıma
O sevirmiş kimi baxırdı mənə
Güc gələ bilmədi ürəyim ağlıma
Qaydıb aşiq oldum yenidən sənə

Özgəni yox səni sevdim yenə də
Sevdim, məgər sevmək ayıbçılıqdı?
Sən gedib özgədən sevgi dilənmə
Onsuz vəzyət pisdi kasıbçılıqdı

Mən ürəymi açdım sən göznü yumdun
Ağlında fikrində ancaq şübhələr
Dedin bir zəng edim xatırladın ki
Ayrılmışıq silnib artıq nömrələr

Eybi yox əzizim canın sağ olsun
Baxma ki üzgünəm qəlbim sınıxdı
Nə vaxt gəlsən gözüm üstə yerin var
Gəncədəyəm qapım üznə açıxdı

Fərid Fateh

0 yorum:

Yorum Gönder