Şeir 3
Birni öznə aşiq edib getməyin
Söylə hansı insafa vicdana sığsın
Sən ömrün yaşarkən deyib gülərək
O səni düşünsün sənçün darıxsın
Bəlkə gəldin deyə baxsın yollara
Gecəsin gündüzə ümidlə qatsın
Heç kimi sevməsin ailə qurmasın
Səni gözləməklə saçını ağartsın
Ay insafsız buna haqqın çatırmı?
Bu zülmü gör Allah götürərmi heç
Aşiqin gözündən tökülən yaşlar
De sənə xoşbəxtlik gətirərmi heç
Gözlərin kor olub qəlbin daşlaşıb
Daha sözüm yoxdu nə deyim sənə
Vicdandı insafdı satılmır axı
Alaraq bir qədər mən verim sənə
0 yorum:
Yorum Gönder