Məni özünə öyrətmə gülüm
Məni özünə öyrətmə gülüm
Sən eşq yolunu mənlə gedən deyilsən
Fərqliyik dediyimi edən deyilsən
Bilrəm axı məni sevən deyilsən
Onda nədir niyyətin söylə bilim
Gəl məni özünə öyrətmə gülüm
Gözəlliyin Allahın bir naxışıdı
Məni mənnən alan gözlərinin baxışıdı
Nə qədər tez getsən o qədər yaxşıdı
Sən qaldıqca artacaq bu qəm zülüm
Məni özünə çox öyrətmə gülüm
Sevdiyimi gizlədirəm yanıram
Nə cür deyim hər kəsdən qısqanıram
Mən sənə günnən günə bağlanıram
Hərdən hətta çaşıb deyirəm sevgilim
Bəsdi məni öznə öyrətmə gülüm
0 yorum:
Yorum Gönder