Şeir 2
Min oyundan çıxdın məqsəd Ayrılaq
Təbriklər əzizim arzuna yetdin
Hər şeyin artıqı ziyandı düzdü
Səni çox sevdim deyəmi getdin?
Ağır gəldi sənə mənim saf eşqim
Sənə yaraşır ancaq saxta sevgilər
Düşünərəm ölmüsən yasın tutaram
Ölüm haqdı hamı verir itgilər
Vəfadan danışma ağzın əyilər
Səndə vəfa yoxdu kimə gəlirsən?
Soruşsam nədir o bir izahın ver
Bəlkə onu ancaq bir ad bilirsən
Sənə ömrüm dedim ürəymi açdım
Yenə inanmadın güvənmədin sən
Sevmişdim mən səni canımnan da çox
Nəysə inanma axı Yalançıyam Mən
Fərid Fateh
0 yorum:
Yorum Gönder